Böyük Britaniyanın Baş naziri təyin edilən Leyboristlər Partiyasının lideri Kir Starmer yeni vəzifəsinə başladıqdan sonra ilk dəfə açıqlama verib.
"Unikal" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
"Ölkəni dəyişmək açarı çevirmək kimi deyil. Bu gün dünya daha az stabil bir yerdir. Bunun üçün vaxt lazımdır, lakin dəyişiklik işinin dərhal başlayacağına şübhə yoxdur. Böyük Britaniyanı yenidən quracağımıza, hər bir cəmiyyətdə sərvət yaradacağımıza şübhə yoxdur", - yeni baş nazir deyib.
Starmer əlavə edib ki, onun hökuməti Milli Səhiyyə Xidmətini (NHS) təkmilləşdirmək, sərhəd təhlükəsizliyini gücləndirmək, küçələrdə cinayətləri azaltmaq və enerji xərclərini azaltmaq üçün çalışacaq.
Ağarza Elçinoğlu