Almaniya kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Komandanın Hollandiya ilə oyununu izləmək üçün Berlinə səfəri ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

"Mən Ərdoğanın Avropa çempionatı üçün Berlinə səfərini səbirsizliklə gözləyirəm. Türkiyə prezidentinin, bir çox dövlət və hökumət başçılarının, hətta kral ailəsinin bəzi üzvlərinin matçlara gəlməsi məni çox sevindirdi", - deyə kansler bildirib. 

Qeyd edək ki, Ərdoğan və Şolts arasında ikitərəfli görüş gözlənilmir.

Ağarza Elçinoğlu