Ukrayna məsələsi Putin-Orban danışıqlarında ən vacib məsələlərdən biri olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Orban Zelenskinin mesajını Putinə çatdırmayıb. 

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bundan bir gün öncə o, Ukrayna lideri Volodimir Zelenski ilə görüşmüşdü. 

Ağarza Elçinoğlu