Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Komandanın futbolçusu Merih Dəmiralın "Bozqurd" işarəsi verməsindən sonra başlayan müzakirələrdən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ərdoğan Qazaxıstandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, məsələ ilə bağlı suala belə cavab verib: "Kimsə almanların formalarında qartal olduğunu deyir? Kimsə durub deyir ki, fransızların formasında xoruz var, niyə xoruzlanırsan? Orada Merih bu görüntü ilə həyəcanını ifadə edib. Bundan sonra Xarici İşlər Nazirliyimiz onların rəsmilərinə zəng edib və bununla bağlı lazımi addımlar atılır. İnşallah, məsələ şənbə günühəll olacaq. Meydandan qələbə ilə ayrılıb növbəti mərhələyə keçərik. Qeyri-adi bir şey baş verməsə, matça getməyə qərar verdik".
Ağarza Elçinoğlu