Bakıda gənc qız binadan yıxılaraq ölüb.
"Unikal" lent.az-a istinadən xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.
Rayon sakini, 29 yaşlı İlhamə Hacıyeva yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.
Nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hadisənin intihar, yoxsa ehtiyatsızlıqdan baş verməsi araşdırılır.
Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda iş aparılır.