"44 günlük Vətən Müharibəsi zamanı Türkiyənin Azərbaycana güclü dəstəyi Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsinə imkan verməklə yanaşı, həm də 1944-cü ildə baş verən Boraltan faciəsinin utanc verici ləkəsini ölkəmizin vicdanından silib atdı. O zaman Ankara bir qrup azərbaycanlı qardaşını sovet hakimiyyətinə təhvil verməklə onların dərhal güllələnməsinə səbəb olmuşdu.
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
O, 176 azərbaycanlının edam edilməsini faciə adlandırıb, bunun günahkarı kimi o zaman hakimiyyətdə olan Türkiyə Cümhuriyyət Xalq Partiyasını ittiham edib: "76 ildir ki, xalqımız Boraltan faciəsinin acısını ürəyində daşıyıb. Türkiyənin dəstəyi sayəsində Qarabağın 30 illik erməni işğalına son qoyuldu, türk xalqı Boraltan faciəsinin ləkəsindən xilas oldu. Bu cür hadisələri təkrarlamağa imkanımız yoxdur".
Ağarza Elçinoğlu