Çin prezidenti Si Cinpin Rusiya prezidenti Vladimir Putinə bir zənglə Ukraynadakı münaqişəyə son qoya bilər.
"Unikal" xəbər verir ki, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb deyib.
"Prezident Si Cinpinin bir telefon zəngi bu böhranı həll edəcək", - deyə Stubb ifadə edib.
Bununla yanaşı, Stubb Avropa ölkələrini Ukraynaya həm maddi, həm də siyasi dəstəklərini gücləndirməyə çağırıb.
Bundan əvvəl Si Cinpin bildirmişdi ki, Çin hökuməti Ukraynada sülhün tezliklə əldə olunmasına yardım etməyi davam etdirməyi planlaşdırır. Çin lideri ölkəsinin hər zaman sülh danışıqlarına töhfə verdiyini vurğulayıb.
Gülayə Mecid