Antalyada rus və belaruslu turistləri daşıyan avtobus qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Məlumata görə, avtobus beton dirəyə çırpılıb. Qəza nəticəsində sürücü də daxil olmaqla çoxlu sayda insan xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Ağarza Elçinoğlu