Kipr hakimiyyəti rus milyarder və Merkuri şirkətlər qrupunun sahibi İqor Kesaevi vətəndaşlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kesaev Rusiyada ən böyük siqaret distribüteri olan Megapolis, Dixie supermarketlərinin pərakəndə şəbəkəsi və Mercury Development şirkətinin sahibidir. "Forbes"in məlumatına görə, Kesaevin sərvəti 5,5 milyard dollardır, o, reytinqdə 29-cu yerdədir.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Aİ biznesmenin Monolit fondunun Rusiya hökuməti ilə əlaqəsi olduğuna görə ona qarşı sanksiyalar tətbiq edib. O, 2012-ci ilin mayında investisiyalar müqabilində Kipr Respublikasının pasportunu alıb.
Ağarza Elçinoğlu