ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizəd Donald Trampın seçki kampaniyasına qarşı işləməyə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun adından ona zəng edən məşhur rus prankerləri Vladimir Kuznetsov (Vovan) və Aleksey Stolyarova (Lexus) danışıb.
Prankerlər söhbətin səs yazısını öz "Telegram" kanallarında yerləşdiriblər. Onlar Klintona Poroşenkonun adından Trampa qarşı birgə işləmək üçün kömək təklif ediblər. Klinton bu təklifi müsbət qarşılayıb: "Yaxşı, mən bunun tərəfdarıyam, çünki o (Tramp) ABŞ üçün çox təhlükəli namizəd və çox pis insandır. Mən prezident Baydenin yenidən seçilməsi üçün hər şeyi edirəm".
Ağarza Elçinoğlu