Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
Müvafiq sualı cavablandıran diplomat bildirib ki, bu, amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin növbəti nümunəsidir: "Vaşinqton dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur.
Regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan avroatlantikaçılar tərəfindən öz reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır və təkcə bu region üçün deyil, həm də bütövlükdə Avrasiyanın təhlükəsizliyi üçün dağıdıcı nəticələrə səbəb olacaq. Ümid edirik ki, İrəvan və Bakı bunu yaxşı başa düşür".
Ağarza Elçinoğlu