Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi Konqresin nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bərabər, Ermənistan hökumətinin “Sülh yollarının kəsişməsi” layihəsini, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ağarza Elçinoğlu