Əsl dövlət rəhbəri üçün ən çətin iş onu seçmiş xalqın etimadını itirməməkdir.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü və Böyük Vətən Müharibəsi illərində Minskin faşistlərdən azad edilməsinin 80 illiyinə həsr olunmuş hərbi paraddan sonra bildirib.
"Hər gün səhər, axşam, gecə soyuq tərlə oyanırsan və düşünürsən: səni ruhdan salmamaq üçün sənə güvəndilər. Bu, əsl prezident üçün ən çətin şeydir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu