Rusiyanın Əlcəzairdəki səfiri Valeryan Şuvaev qəflətən vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"2024-cü il iyulun 3-də Rusiya Federasiyasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Valeryan Vladimiroviç Şuvayev Əlcəzairdə qəflətən vəfat edib”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Valeryan Şuvayev 1955-ci ildə Barnaulda anadan olub. 1977-ci ildə MDBMİ-ni bitirdikdən sonra bütün həyatını Yaxın Şərq və Şimali Afrikada diplomatik xidmətə həsr edib. Bu illər ərzində Şuvaev Rusiyanın Liviya, İraq və Mərakeşdəki səfiri olub. 2022-ci ilin mayında Əlcəzairdə Rusiya səfirliyini açıb.
Diplomatın 69 yaşı var idi.
Gülayə Mecid