Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT sammitində prezident Vladimir Putinlə görüşündə onu Türkiyəyə səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Türkiyə lideri rusiyalı həmkarı ilə söhbəti zamanı onu “tezliklə” Türkiyəyə gəlməyə çağırıb.
Eyni zamanda, Ərdoğan əlavə edib ki, o, Putinlə telefon diplomatiyasını davam etdirir və iki ölkənin nazirləri mütəmadi olaraq qarşılıqlı əlaqədə olurlar.