Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (MTK) bu gün mütəşəkkil cinayətkar qruplaşmanın mərhum üzvü Almanbet Anapiyayevin qardaşı Qalmamat Anapiyayevin saxlandığını elan edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "A.G.M." dələduzluq maddəsi ilə cinayət işi çərçivəsində saxlanılıb.
Bildirilir ki, mütəşəkkil cinayətkar dəstənin mərhum üzvü Almanbet Anapiyayevin qardaşı Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.