Xəbər verdiyimiz kimi, iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, Qazaxstan Prezidenti İlham Əliyevə ŞƏT sammitində fəxri qonaq qismində iştirakına görə təşəkkür edib.
Tokayev Qazaxıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edən və yeni məzmunla zənginləşən hərtərəfli əməkdaşlığın dinamikasını yüksək qiymətləndirib: "Bakı və Şuşa səfərimi həmişə xatırlayıram. Bu, əslində dönüş nöqtəsi, mühüm, tarixi səfər idi desək, mübaliğə olmaz. Danışıqlar zamanı biz bir sıra strateji istiqamətlər üzrə əməkdaşlığın gələcək inkişafına yeni təkan verdik".
İki ölkə liderləri investisiya, sənaye, enerji, nəqliyyat və logistika sahələrində birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutundan səmərəli istifadə probleminə xüsusi diqqət yetirilib.
İlham Əliyev ənənəvi hörmətə görə Qasım-Jomart Tokayevə təşəkkür edib və rəsmi Bakının dövlətlərarası münasibətlərin bütün sahələrində Astana ilə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək əzmində olduğunu təsdiqləyib.
Prezident həmçinin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində iştirakına görə Kasım-Jomart Tokayevə təşəkkür edib. O, qeyd edib ki, Qazaxıstan dünya birliyinin layiqli üzvü kimi təkcə regionda deyil, beynəlxalq aləmdə də mühüm rol oynayır.
Söhbət zamanı ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ağarza Elçinoğlu