Fransa Prezidenti Fransua Miteranın dövründə (1984-1986 və 1988-1993-cü illərdə) ölkənin xarici işlər naziri olmuş Rolan Düma vəfat edib.
“Unikal” xəbər verir ki, bu barədə “Agence France-Presse” onun ailəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, siyasətçi bu gün 102 yaşında dünyasını dəyişib.