Ankaranın Çankaya səmtində gecə saatlarında silahlı insident baş verib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, evinə gedən iş adamı Nihat Karaarslan naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb. Bədəninə 3 güllə dəyən Karaarslan ağır yaralanıb. O, qısa zamanda xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyi də bəlli olub.
Məlum olub ki, hadisəni törədən şəxs Karaaslanın qohumu C.A-dır. İnsident zamanı C.A da yaralanıb. O, iş adamının mühafizəçiləri tərəfindən saxlanılaraq, polisə təhvil verilib.
Seymur Əli