Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda Rusiyanın Ukrayna ilə danışıqlarında vasitəçilik edə bilməz, çünki Kiyev hər hansı danışıqları rədd edir.
"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Hazırda o, həqiqətən, vasitəçilik edə bilməz, çünki Ukrayna hazırda Rusiya ilə vasitəçili və ya vasitəçisiz istənilən danışıqları rədd edir”, – deyə Peskov qeyd edib.
O əlavə edib ki, “Ukrayna Putinin daha əvvəl Xarici İşlər Nazirliyində Rusiya prezidentinin təqdim etdiyi sülh planını qətiyyətlə rədd edib”.
"Ona görə də hazırda nə Ərdoğan, nə də başqası vasitəçi ola bilər", - Peskov vurğulayıb.
*** 10:07
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşündə Ukrayna mövzusu müzakirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov Birinci Kanala müsahibəsində Ərdoğanın Ukrayna ilə bağlı danışıqlarda vasitəçi olmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb. Onun sözlərinə görə, Türkiyə lideri danışıqlarda vasitəçi ola bilməz: "Xeyr, bu mümkün deyil".
Ağarza Elçinoğlu