"ABŞ-nin hazırkı prezidenti Co Bayden fəlakətli debatdan sonra seçki yarışını tərk edəcək".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp "Washington Post" qəzetinə müsahibəsində deyib.
"O (Co Bayden - red.) seçki yarışını tərk edir... Mən onu oradan çıxartdım. Bu da o deməkdir ki, bizdə Kamala Harris var. Düşünürəm ki, o, daha yaxşı olacaq", - Bayde ifadə edib.
Sorğuya görə, amerikalıların 80%-i ABŞ prezidenti Co Baydeni vəzifədə işləmək üçün çox yaşlı hesab edir. Respondentlərin 56%-i Trampla bağlı eyni fikirdədir.
Eyni zamanda Bayden özü də prezidentlik yarışında qalacağına söz verib.
Gülayə Mecid