Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizliyi təşkilatın fəaliyyətində prioritet vəzifə olaraq qalır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ŞƏT-in Astanada keçirilən 24-cü sammitində deyib.
"Əlbəttə ki, ŞƏT-in fəaliyyətində prioritet vəzifələrdən biri xarici sərhədlərin perimetri boyunca dövlət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi olub və bu gün regional antiterror strukturunun transformasiyası üçün qəbul edilən qərarlar da məhz bundan ibarətdir. ŞƏT-in bütün təhlükəsizlik təhdidlərinə cavab verəcək universal mərkəzə çevrilməsi, həmçinin Düşənbədə narkotiklərlə mübarizə mərkəzinin yaradılmasına yönəlib", - deyə Rusiya Prezidenti qeyd edib.
Putin bildirib ki, Rusiya ŞƏT çərçivəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir
Ağarza Elçinoğlu