Azərbaycan Fransaya qarşı mübarizəni gücləndirir, onu Sakit okean, Karib hövzəsi və Latın Amerikasının Fransa ərazilərində qızışdırır və bu, Parisin İrəvana silah-sursat verməsi ilə bağlıdır.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Qeyd olunub ki, üçüncü ən böyük erməni diasporunun məskunlaşdığı Fransa İrəvanla silah müqaviləsi imzaladıqdan sonra qarşıdurma daha da böyüyəcək: "Prezident Emmanuel Makron tərəfindən təyin edilmiş növbədənkənar parlament seçkilərinin nəticələrindən asılı olmayaraq, Parisin Ermənistana hərbi dəstəyini davam etdirəcəyi gözlənilir".
Situasiyanın gərginləşməsi Avropa İttifaqının Azərbaycandan qaz idxalını iki dəfə artırmaqla bağlı sazişinin icrası ilə bağlı problemlər fonunda baş verir, çünki bloka daxil olan ölkələr boru kəmərlərinin genişləndirilməsini maliyyələşdirmək istəmir.
Fransanın müdafiə naziri Sebastyan Lekorn iyunun 18-də bildirib ki, Paris İrəvana özüyeriyən haubitsalar satacaq. Bundan əlavə, Fransa artıq radarlar, zenit müdafiə sistemləri və zirehli personal daşıyıcıları tədarük etməyi öhdəsinə götürüb.
Ağarza Elçinoğlu