"Slovakiyanın baş naziri Robert Fitsoya edilən hücum terror aktıdır".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Respublikanın baş prokuroru Maros Zilinka deyib.
"Alınan sübutlara əsasən, iş daha da xüsusilə ağır cinayət - terror aktı kimi təsnif ediləcək", - o, qeyd edib.
O, həmçinin bildirib ki, siyasətçini güllələyən yazıçı Juraj Cintula işin yenidən təsnifləşdirilməsi ilə bağlı məlumatlandırılıb.
Robert Fitsoya sui-qəsd mayın 15-də baş verib. Siyasətçi ağır yaralanıb. Atəş açan şəxs bunu siyasi motivlərlə etdiyini bildirib.
İyulun 1-də baş nazirin sui-qəsd cəhdindən sonra tezliklə yenidən ictimaiyyət qarşısına çıxacağı və öz vəzifəsinə qayıdacağı barədə məlumat yayılıb.
Gülayə Mecid