Almaniya heç vaxt Ukraynanın kapitulyasiyasına razı olmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Bundestaqda bəyan edib.
"Bəli, mən belə bir zəmanət verirəm. Məncə, biz heç vaxt Ukraynanın kapitulyasiyasına səbəb olacaq atəşkəs rejimini dəstəkləməməliyik. Bu mücərrəd sual deyil. Putinin gülünc sülh təklifi bunu sübut edir. O, bəyan edib ki, Ukrayna yeni regionların ilhaqını tanıyar və könüllü olaraq onlardan imtina edərsə, atəşkəsə hazırdır. Rusiya prezidentinin məqsədi təcavüzkar müharibəsini bitirmək deyil, müharibəni davam etdirməkdir. Biz buna dözməyəcəyik", - deyə Şolts qeyd edib.
Ağarza Elçinoğlu