Malayziyanın paytaxtı Kuala-Lumpurda beynəlxalq hava limanında kimyəvi maddə sızması panikaya səbəb olub.
"Unikal" xəbər verir ki,səlahiyyətlilər kimyəvi qaz sızmasından təsirlənən təxminən 20 adamın müalicə olunduğunu açıqlayıb. Xəstələnənlərin hamısının hava limanının əməkdaşları olduğu və onların əksəriyyətinin huşunu itirmə və baş ağrısı problemi yaşadığı qeyd edilib.
Sızdırılan kimyəvi maddənin aviasiya yanacağının istehsalında istifadə edilən yanar metilmerkaptan olduğu müəyyən edilib.
Hava limanında izdihamı təsir edəcək hər hansı bir riskin olmadığını izah edən fövqəladə hallar səlahiyyətliləri, hava limanına kimyəvi mütəxəssislərin göndərildiyini və uçuşların normal şəkildə davam etdiyini bildirib.
Seymur Əli