Rusiya Federasiyasının vətəndaşları bundan sonra biometrik pasport olmadan Çexiyaya gedə bilməyəcəklər.
"Unikal" xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski X sosial şəbəkəsində məlumat verib.
XİN rəhbərinin sözlərinə görə, Çexiya üçün prioritet təhlükəsizlikdir və hökumət “növbəti təxribat aktı” ərəfəsində boş durmayacaq.
Lipavski vurğulayıb ki, Çexiyada qalmaq istəyən hər kəs öz kimliyini sübut etməlidir.
"Ruslar üçün biometrik olmayan pasport, artıq kifayət etməyəcək", - deyə o bildirib.