Kanada sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 10 kilometr dərinlikdə, Viktoriya şəhərindən 417 kilometr qərbdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib və tələfat yoxdur.