İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində bir əsgər şəhid olub.

 “Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

  Məlumatda qeyd olunur ki, separatçı terror təşkilatı üzvləri ilə qarşıdurmada  mütəxəssis çavuş Cebrail Acar şəhid olub.

  Qarşıdurmada 2 terrorçu zərərsizləşdirilib.