Mavritaniya sahillərində qayığın batması nəticəsində Avropaya gedən azı 89 miqrant həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Göyərtəsində 170 sərnişinin olduğu qayığın Seneqal və Qambiya sərhədindən yola çıxdığı və Mavritaniyanın Ndiaqo şəhərindən 4 kilometr aralıda çevrildiyi bildirilir. Belə ki, 89 nəfər ölüb, 9 nəfər, o cümlədən beş yaşlı qız xilas edilib. Qalanları isə itkin düşüb.
Agentlik qeyd edib ki, miqrantların üzdüyü Atlantik marşrutu güclü axınlar səbəbindən çox təhlükəlidir.
Gülayə Mecid