Türkiyə Parlamenti mülki aviasiya haqqında qanuna dəyişiklikləri qəbul edib və bu, digər məsələlərlə yanaşı, hava limanlarında sərnişinlər üçün yoxlama prosedurlarını sərtləşdirir.
"Unikal" xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Nəşr qeyd edir ki, qaydalar Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın (Çikaqo Konvensiyası) standartlarına uyğun olacaq. Təklifə əsasən, bildirilir ki, təhlükəsizlik işçiləri sərnişinlərin əşyalarına terminalın girişində, eləcə də minmə zonasının girişində baxış keçirə bilər.
Bu, təkcə şəxsi baqajlara deyil, həm də elektron cihazlara şamil olunacaq. Nəşr bildirir ki, imtina halında sərnişin hava limanına və ya yola düşmə zonasına buraxılmaya bilər.
Dəyişikliklər həmçinin təyyarənin ekipajının uçuş zamanı hər hansı qanun pozuntusu barədə səlahiyyətli orqanlara məlumat verilməməsinə görə 620 dollardan 15,6 min dollara qədər cərimələrin tətbiqini nəzərdə tutur.
Gülayə Mecid