64 yaşlı Stiven Şvalli adlı amerikalı 4 nəfərin ölümündə və 9 nəfərin yaralanmasında ittiham olunur.
"Unikal" ABŞ mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkun Suffolk Dairə Məhkəməsinin açıqladığı məlumata görə, kişi sərxoş vəziyyətdə avtomobilini gözəllik salonuna çırpıb. Hadisə nəticəsində salonun sahibi 50 yaşlı qadın və digər şəxslər həyatını itirib.
İttihama görə, Şvalli hadisədən bir gün əvvəl 18 butulka pivə içib. Lakin o, məhkəmədə sərxoş vəziyyətdə avtomobil idarə etmədiyini bildirib. Şvalli saxlanılıb, lakin növbəti məhkəməyə qədər 1 milyon dollar girov müqabilində sərbəst buraxılıb.
Gülayə Mecid