Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi "Artsax Müdafiə Ordusunun" komandiri Kamo Vardanyanın, onun müavinlərinin və nazirliyin balansında olmayan digər hərbi qulluqçuların maşınlarını müsadirə edib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlum olub ki, Silahlı Qüvvələrin komandanı, "Artsax Silahlı Qüvvələrinin" komandanının müavini, silahlanma rəisi Viktor Arstamyan 2020-ci il müharibəsində iştirak edən azsaylı generallardan biridir və müharibədə güllə yarası alıb. O, maşını təhvil vermək əvəzinə, nəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət edib.
Hərbi polis məhkəmənin qərarından yan keçərək Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə hesabat verib, o da mənimsəmə faktı üzrə cinayət işi açıb və heç kimə ittiham irəli sürmədən Viktor Arstamyanın avtomobilini müsadirə edib.
Viktor Arstamyan müsadirə aksiyasını qanunsuz elan etmək üçün antikorrupsiya məhkəməsinə müraciət etsə də, məhkəmə bu iddianı rədd edib.
Xatırladaq ki, separatçı rejimin sonuncu lideri Samvel Şahramanyanın da avtomobili müsadirə edilmişdi.
Ağarza Elçinoğlu