Rusiyanın Orenburq vilayəti Orsk şəhərinin meri Vasili Kozupitsa istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Orenburq vilayəti administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir ki, Kozupitsa iyulun 10-da keçiriləcək növbəti iclasda baxılacaq Orsk Şəhər Deputatlar Şurasına vaxtından əvvəl istefa vermək üçün ərizə göndərəcək. Yerli deputatlar əlavə olaraq Orsk meri vəzifəsinə namizədlərin seçilməsi üçün müsabiqənin tarixini təyin edəcəklər.
Ağarza Elçinoğlu