Türkiyə təhlükəsizlik xidmətləri 45 nəfəri İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinərək saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya məlumat verib.
“İŞİD terror qruplaşmasına qarşı 16 vilayətdə keçirilən əməliyyatlar çərçivəsində 45 nəfər saxlanılıb”, - nazir "X"da qeyd edib.
Saxlanmalar İstanbul, Ankara və Antalya da daxil olmaqla həyata keçirilib.
Türkiyə xüsusi xidmət orqanları mütəmadi olaraq İŞİD-ə qarşı əməliyyatlar aparır. Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində Türkiyədə 3 mindən çox insan İslam Dövləti ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Gülayə Mecid