Buryatiyada meşə yanğınlarının vəziyyətini izləyən An-2 təyyarəsi təcili eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Meşə yanğını vəziyyətini izləyən An-2 təyyarəsi Eravninski rayonunun Sosnovo-Ozerskoye kəndi yaxınlığında məcburi eniş edib", - məlumatda qeyd olunub.
Bildirilir ki, gəminin göyərtəsində altı nəfər olub - onlar sağ qalıb.