Qırğızıstanda ölkədə hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran qrup zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTK) mətbuat mərkəzi məlumat yayıb.
"Dövlət Təhlükəsizlik Komitəsi vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hakimiyyəti zorakılıqla ələ keçirmə planlarını həyata keçirən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısını alıb", - deyə açıqlamada deyilir.
Komitənin məlumatına görə, qruplaşma vətəndaşların ölümü ilə nəticələnəcək kütləvi iğtişaşlar təşkil etməklə ölkədə siyasi vəziyyəti pozmağı planlaşdırıb.
Ağarza Elçinoğlu