ABŞ senatoru Azərbaycana müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ senatoru Rocer Uiker iyulun 5-də Ermənistan Respublikasının parlamentində bildirib.
"Mən Azərbaycandakı tərəfdaşlarımıza və ATƏT-in digər üzvlərinə bir söz demək istəyirəm. Putin Rusiyası ilə ittifaqın nəyə gətirib çıxara biləcəyinə diqqət edin. Mən tövsiyə etmək istəyirəm ki, Azərbaycandakı dostlarımız azadlığın qiymətini, azadlığın dəyərini anlamağa çalışsınlar.
Və biz bunu dəfələrlə görmüşük, mən bu xəbərdarlığı Azərbaycanda olanların hamısına çatdırmaq istəyirəm, diqqətli olun ki, “böyük rus ayısı” bir daha keçmiş Sovet İttifaqı respublikası üzərində dominant mövqe tutmağa cəhd etməsin", - deyə senator qeyd edib.
Ağarza Elçinoğlu