Macarıstanın baş naziri Viktor Orban Moskvaya işgüzar səfərə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə onun mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Havaşinin sözlərinə görə, səfəri çərçivəsində Orban Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını  müzakirə etmək niyyətindədir.

İyulun 2-də Orban Kiyevə səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenskiyə münaqişənin həlli üçün sülh planı təklif edib. Xüsusilə də baş nazir Ukraynanı döyüşləri dayandırmağa və sonra danışıqlar masasına oturmağa çağırıb.

Gülayə Mecid