Dialoq olmadan Ukrayna böhranının həlli şansı yoxdur.
"Unikal" xəbər verir ki, bu fikri Macarıstanın xarici işlər naziri Petr Siyarto deyib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanla danışıqlardan sonra bildirib ki, Rusiya Federasiyası Ukraynada siyasi və diplomatik həlli müzakirə etmək üçün açıqdır, lakin Kiyev bunu istəmir.
Orban iyulun 5-də Moskvaya işgüzar səfərə gəlib. Baş nazir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə edib.