Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin konkret tarixi iki dövlət başçısının köməkçiləri səviyyəsində razılaşdırılacaq.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O, Rusiya liderinin yaxın gələcəkdə Türkiyəyə səfəri ilə bağlı suala cavabında deyib: “Konkret tarixləri razılaşdıracağıq”.
Qeyd edək ki, iyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada ŞƏT sammitində Putinlə görüşdə onu Türkiyəyə səfərə dəvət edib.