Ukrayna Nazirlər Kabineti Anatoli Kloçoku və Aleksandr Sergiyi müdafiə nazirinin yeni müavinləri təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin "Telegram" kanalında məlumat verilib.
Anatoli Kloçok 1985-ci ildə Saratov Ali Hərbi Komandanlıq və Raket Qüvvələrinin Mühəndislik Məktəbinin diplomunu alıb, daha sonra Ukrayna Silahlı Qüvvələrində Mərkəzi Raket və Artilleriya İdarəsinə və Silah Təchizatı Mərkəzi İdarəsinə rəhbərlik edib.
Alexander Sergiy 1991-ci ildə Ryazandakı Ali Hərbi Avtomobil Mühəndisliyi Məktəbini bitirib. Daha sonra Ukrayna ordusunda maddi-texniki təchizat məsələləri ilə məşğul olub.