Suriya prezidenti Bəşər Əsədin müşaviri Luna əl-Şibl bir neçə gün əvvəl yol qəzasında aldığı xəsarətlərdən dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb.
Qeyd olunub ki, iyulun 2-də əl-Şiblə yol qəzasına düşüb və reanimasiyadadır.
Luna əl-Şibl Əsədin xüsusi müşaviri vəzifəsində çalışıb.