ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat yayılıb.
Bu qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, "Noble Partner" hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi.