Dağıstanda toy şənliyi zamanı 16 nəfər zəhərlənib, cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Dağıstanın region üzrə İstintaq Komitəsinə istinadən xəbər verir.
Məlumatına görə, hadisə iyulun 4-də rayonun Levaşi kəndində baş verib. Həkimlər toy iştirakçılarına qida zəhərlənməsi diaqnozu qoyublar.
Nəticədə yeddi uşaq olmaqla 16 nəfərdən 12-si xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hadisə ilə bağlı istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açılıb.