“Qonşumuz Suriyaya həmişə dostluq əlimizi uzatmışıq və bundan sonra da uzadacağıq. Ədalətli, əhatəli yeni sosial razılıq əsasında qurulacaq Suriyanın yanında olacağıq”.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 24-cü Zirvə Toplantısında iştirak etmək üçün getdiyi Qazaxıstandan geri qayıdanda jurnalistlərin suallarını cavablayarkən deyib.
"Cənab Putin və Bəşər Əsədə dəvətimiz ola bilər. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni bir prosesin başlanğıcı ola bilər", deyən Ərdoğan qalıcı bir həll mexanizminin qurulmasının vacibliyini vurğulayıb.
Ərdoğan daha sonra sözlərinə belə davam edib: “İnfrastrukturu dağıdılan, əhalisi səpələnmiş Suriyanın ayağa qalxması və qeyri-sabitliyə son qoyması vacibdir. Sahədəki son sakitlik, qərəzlərdən uzaq, ağıllı siyasətlər və həll yönümlü yanaşmalar sülhün qapısını aça bilər. Suriyanın gələcəyinin qurulması üçün terror strukturlarının əməkdaşlıq və ayrı-seçkilik olmadan məhv edilməsi vacibdir. Suriyada əsəcək sülh küləkləri və Suriyanın hər yerində canlanacaq sülh mühiti müxtəlif ölkələrə səpələnmiş milyonlarla insanın öz ölkələrinə qayıtması üçün də lazımdır. Qonşumuz Suriyaya dostluq əlimizi həmişə uzadmışıq və bundan sonra da uzadacağıq. Biz həmişə ədalətli, şərəfli və əhatəli yeni sosial müqavilə əsasında bir-birimizi qucaqlayan firavan, vahid və bütöv Suriyanın yanında olacağıq.”