ABŞ Macarıstanın baş naziri Viktor Orbanın Rusiyaya səfərindən narahatdır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib.
Onun sözlərinə görə, Macarıstan Nazirlər Kabinetinin rəhbərinin Moskvaya səfəri “sülh işinə töhfə vermir və Ukraynanın suverenliyi, bütövlüyü və müstəqilliyinin təşviqi baxımından qeyri-məhsuldardır”.
Qeyd edək ki, Orban iyulun 5-də Moskvaya gəlib. Kremlin Senat sarayında baş tutan görüşdə Macarıstanın baş naziri və Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin həlli yollarını da müzakirə ediblər.