ABŞ prezidenti Co Bayden Vaşinqtonda Şimali Atlantika Alyansının sammitində Ukrayna prezidenti Volodimir Zelenski və Kiyevlə ikitərəfli sazişlər bağlamış digər dövlətlərin liderləri ilə kollektiv görüş keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə TASS ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən yazıb.
ABŞ rəsmisi qarşıdan gələn sammitə həsr olunmuş xüsusi onlayn brifinqdə deyib: “Sammit çərçivəsində prezident Bayden prezident Zelenski və Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişləri imzalayan təxminən 20 müttəfiqimiz və tərəfdaşımızla tədbir keçirəcək”.