Milanın Malpensa beynəlxalq hava limanına İtaliyanın sabiq Baş naziri və “İrəli, İtaliya” (“Forza Italia”) Partiyasının sədri Silvio Berluskoninin adı veriləcək.
"Unikal" xəbər verir ki, bunu İtaliya Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.
“İtaliya Mülki Aviasiya İdarəsi (ENAC) Lombardiya regionunun Malpensa hava limanına Silvio Berluskoninin adının verilməsi təklifini təsdiqləyib. Bununla bağlı qərar Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən qəbul olunacaq və tezliklə Malpensa aeroportu Silvio Berluskoninin adını daşıyacaq”, - deyə o bildirib.
Xatırladaq ki, Silvio Berluskoni ötən il müalicə olunduğu xəstəxanada 86 yaşında vəfat edib.