"Azad edilmiş ərazilərdə 26 seçki məntəqəsi var".
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, məntəqələrin sayı artacaq: "Azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin yaradılması məsələsinə növbəti iclaslarda baxacağıq".